Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq.
Yenisabah.az-ın xəbərinə görə, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident İlham Əliyev ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb. Sezar pizza
Dövlət başçısı bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.
Telegram kanalımız