Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

saytların hazırlanması

Evə çatdırılma

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

Maraqlı

29 Mart 2023 16:56 863


“Azərbaycan ABŞ-a silah-sursat satır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib: “Bu vəzifəyə təyin olunanda mənə tapşırıqlar verildi. Həmin tapşırıqlar barədə dəfələrlə mətbuatda danışmışam. Bizə daha çox yaxın olan Türkiyə və İsrail dövlətləri ilə yaxından münasibətlər qurmaq, onların müdafiə sənaye komitələri ilə əlaqə qurmaq və bir yerdə işləmək. Biz bu illər ərzində birlikdə işləyirik. Bu, Vətən müharibəsində də özünü göstərdi. Marqarita pizza

İstənilən qədər hazırlığımız var idi. Lakin bu sahədə istiqamətimiz dünyada ən inkişaf etmiş dövlətlərlə bir yerdə işləməkdir. Biz bu istiqamətdə də işləyirik.

Bu baxımdan heç bir dövlət ola bilməz ki, silah baxımından heç bir dövlətdən asılı olmasın. Hətta ABŞ-ın özü bizdən və digər dövlətlərdən silah-sursat alır. Bu, sadəcə bir işdir, ümumi bir istiqamətdir. Biz də burada aktiv işləyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!