Mədət Quliyev tanınmış jurnalistə yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Mədət Quliyev tanınmış jurnalistə yüksək vəzifə verdi

Sosial

02 Avqust 2019 08:38 1733


Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.

Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub. Pepperoni pizza

Bundan başqa, Y. İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!