Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana getdi

saytların hazırlanması

Evə çatdırılma

Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana getdi

Maraqlı

24 İyul 2023 20:43 1249


Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun verdiyi məlumata görə, bu gün Nazirliyə məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır. Toyuqlu pizza

Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş müdafiə sənayesi naziri Mədət Quliyev hadisə ilə əlaqədar Bakıya geri dönüb və Şirvan şəhərinə yollanıb.

Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və İcra Başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.

Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.

Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!