MEDİA-dan Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

MEDİA-dan Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı AÇIQLAMA

Sosial

18 İyun 2025 18:56 340


Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə "Artsax" ifadəsini işlədib, Ermənistan hakimiyyətini "Artsaxı hədiyyə etməkdə" günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə "Artsaxın taleyinin gözlədiyini" deyib. Pepperoni pizza

"Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub.

Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", - açıqlamada deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!