MEDİA ilə Çinin Sinxua Xəbər Agentliyi arasında Anlaşma Memorandumu imzalandı

saytların hazırlanması

Evə çatdırılma

MEDİA ilə Çinin Sinxua Xəbər Agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Siyasət

31 Avqust 2025 16:21 360


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə MEDİA-dan bildirilib.

Bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipi və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir. pizza mizza

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, həmçinin iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər oxşar tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!