MEDİA rəhbəri tələbələrlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

MEDİA rəhbəri tələbələrlə görüşdü - Fotolar

Maraqlı

11 Mart 2022 16:56 416


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə olub.

Yenisabah.az xəbər verir ki, görüş zamanı tələbələr Agentliyin rəhbəri və əməkdaşları ilə tanış olaraq qurumun fəaliyyəti və media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat əldə ediblər.

İnteraktiv formada keçirilən görüşdə tələbələrin Agentliyin layihələri və fəaliyyət istiqamətləri, eyni zamanda media ilə bağlı digər mövzular ilə əlaqədar sualları cavablandırılıb. Toyuqlu pizza

Sonda Agentliyin İcraçı direktoru Əhməd İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, fəal gənclərin qurumun müxtəlif layihələrində və təcrübə proqramlarında iştirakının nəzərə alınacağını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!