MEDİA rəsmisi təsdiqlədi:   Qəzetlərə yardım azaldılır

saytların hazırlanması

Evə çatdırılma

MEDİA rəsmisi təsdiqlədi: Qəzetlərə yardım azaldılır

Sosial

13 Noyabr 2025 12:20 411


Çap və onlayn media subyektlərinə müsabiqəli maliyyə yardımının göstərilməsinə dair yeni yanaşmanın tətbiq edilməsi zəruri idi.

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

O əlavə edib: "Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda, jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır. Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir. pizza mizza

Ənənəvi mediamızın mühüm elementi olan qəzetlərə də ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb. Hesab edirik ki, qəzet redaksiyalarımız getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidir. Aydın məsələdir ki, bu, media idarəetməsinin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!