Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirildi

Sosial

22 May 2025 16:10 307


Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mediasiya haqqında" haqqında qanuna dəyişiklikdə əksini tapıb.

Mediator ola bilməyən şəxslərin dairəsinə din xadimlərinin, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər də əlavə edilib. pizza

Bununla yanaşı, mediasiya prosesində iştirak etmək istəyən tərəflər üçün konfidensial bir mühitin yaradılması məqsədilə qüvvədə olan qanunun 11.3.3-cü maddəsi ilə müəyyən edilmiş hüquqi şəxslərin Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün əsas şərtlərdən biri olan istifadəsində ən azı iki otaqdan ibarət ofisin olması tələbi mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərə münasibətdə də tətbiqi ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!