Medvedev: Bu, Rusiyaya qarşı müharibə aktıdır

saytların hazırlanması

Evə çatdırılma

Medvedev: Bu, Rusiyaya qarşı müharibə aktıdır

Dünya

23 Oktyabr 2025 12:55 245


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarını və prezident Donald Trampın Budapeşt sammitini ləğv etməsini “Rusiyaya qarşı müharibə aktı” adlandırıb.

Yenisabah.az xəbər verir ki, özünün MAX kanalında o yazıb:

"Əgər çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də illüziyası varsa, buyurun. ABŞ düşmənimizdir. Onların danışan "sülhməramlısı" isə artıq tam şəkildə Rusiyaya qarşı müharibə yolunun ağına çıxıb". pizza

Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin vurğulayıb: 

“Təbii ki, onun başqa cür deyə bilməyəcəyini, Konqresdə təzyiqlərə məruz qaldığını və s. deyəcəklər. Bu, əsas mətləbi dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp özünü tam şəkildə çılğın Avropa ilə uzlaşdırıb".

O qeyd edib ki, "Trampın son rəy dəyişimində müsbət çalar da var". Medvedevin sözlərinə görə, indi “lazımsız danışıqları nəzərə almadan Ukraynaya hücum etmək və qələbəyə məhz mümkün olduğu yerdə - masa arxasında deyil, cəhbədə nail olmaq” mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!