Məhbusun həbsxanada hazırladığı qeyri-adi nərd -   Video

saytların hazırlanması

Evə çatdırılma

Məhbusun həbsxanada hazırladığı qeyri-adi nərd - Video

Hadisə

05 Fevral 2021 13:22 846


Nərd deyəndə ağlımıza ənənəvi – taxtadan hazırlanan, üzərində müxtəlif təsvir və naxışların əks olunduğu forma gəlir. Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum isə xüsusi formalı nərd hazırlayır.

Yenisabah.az xəbər verir ki, xüsusi zövqlə, taxta üzərində əllə oyma sənəti ilə işlənən nərdi digərlərindən fərqləndirən əsas cəhət üz qapağında xüsusi şüşə istifadə olunmasıdır.

Şüşənin altında isə milli-mənəvi dəyərlərimizi əks etdirən müxtəlif fiqurlar, dövlət atributları, yaxud sifarişə əsasən müxtəlif qurumların emblemləri yerləşdirilir. Dördpendirli pizza

Bundan başqa, nərdə şahmat və dama oynamaq üçün xüsusi taxta da əlavə olunub.

Məhkum bildirir ki, belə bir nərdi hazırlamaq öz ideyasıdır.

O, məhkum olunana qədər zərgərliklə məşğul olub, nərd hazırlamaq sənətini isə cəzaçəkmə müəssisəsində öyrənib. Ancaq bu işi də elə zərgər dəqiqliyi və zərgər zövqü ilə işləyir. Onun hazırladığı nərd böyük marağa səbəb olub.

Bununla bağlı “Report”-un cəzaçəkmə müəssisəsindən hazırladığı reportajı təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!