Mehdiyev dövləti bu 50 nəfərlə “idarə edəcəkmiş”   - ŞOK SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyev dövləti bu 50 nəfərlə “idarə edəcəkmiş” - ŞOK SİYAHI

Siyasət

27 Oktyabr 2025 20:41 27894


Xəbər verildiyi kimi, bu gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. "Dövlət Şurası" üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılacağı və "qurum"a "Dövlət Şurası" sədrinin rəhbərlik edəcəyi bildirilir.

Yenisabah.az xəbər verir ki, hazırda ən çox müzakirə olunan məsələ sözügedən "Dövlət Şurası"nın tərkibində olması nəzərdə tutulan 50 şəxsin kimliyidir.

Teleqraf agentliyi R.Mehdiyevin məktubunda sözügedən 50 nəfərlik "Dövlət Şurası üzvləri" arasında AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adlarının da olduğu haqda mənbələrə istinadla məlumat yayıb. pizza sifarişi

Həmin siyahı dəqiqləşdirilir. Yaxın vaxtlarda siyahı təqdim olunacaq...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Natiq İslam
    Ay səni kimi aldadırsan ay elmlər namizədi--Akademiya Prezidenti.Ölkənin bütün ali Mükafatları niyə verilirdi beləsinə???Varidat milardlarla olan Dövlət Korrupsiya kommisiyasının sədri 30il
    7 months ago