“Hörmətli Ramiz müəllim mənim də adımı "qara siyahıya" salıb və məhkəmə ilə təhdid edib. Ona xatırladım ki, biz belə bir məhkəmə çəkişməsini 22 il əvvəl yaşamışıq. Qəzetimizi və məni 1998-ci ildə məhkəməyə verən Mehdiyevin iddialarına qarşı ölkənin müstəqil mediası birləşdi və 20 gün çəkən etirazlar başladı, KİV rəhbərlərinin kollektiv və tarixi aclıq aksiyasını keçirdik. Bu aksiyalar bütün dünyaya yayıldı və o zaman cənab Mehdiyev geri çəkildi...”
“Yeni Sabah” xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O, bildirib ki, Ramiz müəllim o zaman onları dişinə vurub və necə çətin, sərt olduğumuzu, qırılası cevizlərdən olmadığımızı bilir:
“Bu dəfə onun hədələri iqtidar gücündən deyil, çarəsizlikdən doğur. 26 il bir iqtidarda faktiki ikinci sima olasan və hazırda səni müdafiə edəcək kimsə ortalıqda olmaya. Tək qalasan. Çörək verdiklərin və çörək kəsdiklərin sənə qarşı çıxa, bir çırpıda səni satalar (Siyavuş Novruzov, Abel Məhərrəmov)... Ağır dərddir. Toyuqlu pizza
Ona görə də hörmətli Ramiz müəllimi başa düşürəm. Lakin onun Azərbaycan dövlətini Rusiya ilə təhdid etməsini qəbullana bilmirəm. Görünür, əqidə deyəndə Ramiz Mehdiyev ömür boyu Rusiyaya, onun maraq və mənafelərinə xidməti nəzərdə tutur. Bəyanatda ardıcıllıq da bu cürdür. Çox təəssüf edirəm ki, mənim ölkəmə uzun illər belə bir adam rəhbərlik edib..." /Musavat.com
Telegram kanalımız