Məhəmməd Əşrəf Qani İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Əşrəf Qani İlham Əliyevi təbrik etdi

Siyasət

31 İyul 2020 16:55 716


İyulun 31-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenisabah.az bildirir ki, Məhəmməd Əşrəf Qani müqəddəs Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, əmin-amanlıq arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Əfqanıstan Prezidentinə və dost Əfqanıstan xalqına bayram münasibətilə təbriklərini, sülh, əmin-amanlıq arzularını çatdırıb. pizza hut

Əfqanıstan Prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş toqquşmalarda Azərbaycan hərbçilərinin və mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib və vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. Məhəmməd Əşrəf Qani bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhəddə toqquşmalar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu yaxınlarda Azərbaycan-Əfqanıstan-Türkmənistan prezidentlərinin videoformatda keçirilən sammiti çərçivəsində qəbul edilmiş qərarların həyata keçiriləcəyinə əminlik ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!