Məhəmməd Salah da Səudiyyə Ərəbistanına gedir

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Salah da Səudiyyə Ərəbistanına gedir

İdman

27 Avqust 2023 12:20 544


İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək. 

Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.  Marqarita pizza

Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”la 2025-ci ilin yayına qədər müqaviləsi var. Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!