Məhəmməd Salah ilin futbolçusu seçildi

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Salah ilin futbolçusu seçildi

İdman

10 May 2025 09:06 362


Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, "Liverpul"un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib.

Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlı oyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb. pizza mizza

Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi "Liverpul" İngiltərə çempionluğunu rəsmiləşdirib.

32 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 28 qol vurub, 18 qol ötürməsi edib.

Forvard 2017-ci ildən "Liverpul"un formasını geyinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!