“Mehin Hümbətovanın sözlərindən belə çıxdı ki, sənəti olan yox, sənəti olmayan toya gedir. Bu təhqir kimi səslənir. O məclislərə mən, sən, o getməsin. Bəs, kim getsin?”
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova “Xəbərin var?” verilişində deyib
O, həmkarının “Hamı toy bazarına işləyir” fikrinə etiraz edib: Pepperoni pizza
“Mehinin “Hamı toy bazarına işləyir” fikirləri yanlışdır. Deyir ki, amma mən toya getmək istəmirəm, çünki konservatoriya bitirmişəm. Bəs, sənətkarlarımız konservatoriya və ya musiqi məktəbi bitirməyib? Mən özüm Bülbül adına məktəbinin fortepiano sinifinə getmişəm. Mən də musiqi məktəbini bitirmişəm. Elə sənətkarlarımız var ki, onlar musiqinin ali savadını alıb. Amma onlar da toylara gedirlər”.
Telegram kanalımız