Məhkəmə 5 kq heroinlə tutulan şəxsə bəraət verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə 5 kq heroinlə tutulan şəxsə bəraət verdi

Kriminal

15 İyul 2022 17:14 902


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, Elvin Hüseynovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb. Sezar pizza

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Onda 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzinin aşkarlandığı bildirilib.

Elvin Hüseynova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!