Məhkəmə Anar Əsədli barəsində qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Anar Əsədli barəsində qərar verdi

Maraqlı

27 Aprel 2023 17:46 941


Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş şikayətə baxılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.

Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Marqarita pizza

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!