Məhkəmə həbsdə olan 4 ermənini azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə həbsdə olan 4 ermənini azad etdi

Maraqlı

08 Sentyabr 2022 18:00 1800


Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

Yenisabah.az xəbər verir ki, şikayətlərə hakim Nazim Mövsümov və İlkin Rəcəbovun sədrliyi ilə baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə məhkumlara aid hissə dəyişdirilib. Həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. pizza sifarişi

Beləliklə, onların həbs cəzası bitmiş sayılıb və dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!