Məhkəmə həbsdə olan nazirlə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə həbsdə olan nazirlə bağlı qərar verdi

Maraqlı

18 Mart 2023 12:13 1007


Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə Rafael Əliyev və Mənsur Əsgərovun həbsdə saxlama müddətləri 3 ay müddətinə uzadılıb. Sezar pizza

Qeyd edək ki, ittihama görə Rafael Əliyev və Mənsur Əsgərov xüsusilə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!