Məhkəmə icraçısı Xaçmaz sakinini get-gələ salıb

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə icraçısı Xaçmaz sakinini get-gələ salıb

Kriminal

12 Avqust 2020 13:21 1364


Xaçmazın Yaquboba kənd sakini Fizuli Murtuzayev ilə məhkəmə icraçısı Abuzər Əlizadə arasındakı çəkişmə səngimək bilmir. 

Yenisabah.az xəbər verir ki, bir müddət əvvəl saytımıza müraciət edən Fizuli Murtuzayev 2019-cu ilin iyununda ona təyin edilən 2 min 630 manat məbləğindəki kompensasiyanın bir hissəsini hələ də əldə edə bilmədiyini deyib. Şikayətçinin sözlərinə görə, məbləğin yarısını sığorta şirkəti ödəyib, yerdə qalan məbləği isə qəzanı törədən Xudaverdi Məmmədov adlı şəxs ödəməlidir. O isə bunu etməkdən boyun qaçırıb. 

Problem ictimailəşəndən sonra işə məsul olan Bakının Qaradağ rayon məhkəmə icraçıları pulu öz ciblərindən ödəyəcəklərini deyərək, şikayətçini sakitləşdirməyə çalışıblar. Lakin aradan uzun müddət keçsə də, Fizuli Murtuzayevin problem öz həllini tapmayıb. Məhkəmə icraçısı Abuzər Əlizadə şikayətçini get-gələ salıb. Toyuqlu pizza

Qeyd edək ki, məsələ ilə bağlı dəfələrlə Abuzər Əlizadə ilə əlaqə saxlamağa çalışsaq da, onun fikrini öyrənmək mümkün olmayıb. Əlizadənin telefonu ya bağlı olub, ya da zənglərə cavab verməyib. Əlizadəyə əli çatmayan Fizuli Murtuzayev isə ümidini Ədliyyə naziri Fikrət Məmmədova bağlayıb…

O, nazirin bu işi teliklə “bağlayacağına” inanır…


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!