Məhkəmə Mehdi Xəlilbəyliyə dair qərarı qüvvədə saxladı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Mehdi Xəlilbəyliyə dair qərarı qüvvədə saxladı

Siyasət

09 İyul 2025 11:24 180


Ali Məhkəmədə Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, daha sonra Bakıda həbs olunaraq azadlığa buraxılmış Müsavat fəalı Mehdi Xəlilbəylinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Sezar pizza

Mehdi Xəlilbəyli 2024-cü ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Mehdi Xəlilbəyliyə 2 il sınaq müddəti təyin olunmaqla, 4 il şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!