Məhkəmə Qalstanyanın həbs müddətini 3 ay uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Qalstanyanın həbs müddətini 3 ay uzatdı

Dünya

13 Noyabr 2025 18:36 624


İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini üç ay uzadıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İrəvan ümumi yurisdiksiya məhkəməsinin cinayət işləri üzrə hakimi Karen Farxoyan bildirib.

Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 üzvü "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunur. Hərəkatın lideri Qalstanyan və onun tərəfdarları iyun ayının sonunda həbs olunublar. Avqustun 21-də arxiyepiskopun həbs müddəti 3 ay uzadılıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!