Sağçı Fransa Milli Yürüş Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen məhkəmənin parlament müşavirləri işi üzrə ona cəza olaraq elektron bilərzik taxmaq hökmü çıxaracağı təqdirdə 2027-ci il prezident seçkisində namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Marin Le Pen bildirib ki, əgər məhkəmə onun barəsində elektron nəzarət vasitəsi - bilərzik tətbiq edilməsi barədə qərar qəbul etsə, 2027-ci il prezident seçkisində iştirak etməyəcək. Onun sözlərinə görə, belə bir halda seçicilərlə normal əlaqə qurmaq çətin olacaq. pizza sifarişi
Le Pen əlavə edib ki, apellyasiya məhkəməsi namizədliyinə icazə verməzsə, partiyanın prezidentliyə namizədi Jordan Bardella olacaq.
Onun işi ilə bağlı apellyasiya qərarının iyulun 7-də açıqlanacağı gözlənilir./Oxu.az
Telegram kanalımız