Məhkəmə sabiq icra başçısıyla bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə sabiq icra başçısıyla bağlı qərar verdi

Kriminal

26 İyul 2021 14:26 1315


Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yenisabah.az xəbər verir ki, prosesdə qəbul edilən qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Dominos pizza

Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!