Məhkəmə sədrinə töhmət verildi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə sədrinə töhmət verildi

Kriminal

24 Sentyabr 2020 16:00 1291


Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Yenisabah.az bildirir ki, bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub. Marqarita pizza

İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!