“Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın cinayət işi üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edib”.
Yenisabah.az xəbər verir ki, bunu onun vəkili Vaaqn Qriqoryan bildirib.
Məhkəmənin hakimi Karapet Badalyanın sözlərinə görə, müdafiəçinin vəsatəti əsassızdır və təmin edilməyib: “Bununla bağlı apellyasiya şikayəti verilə bilməz”. pizza
Qeyd edək ki, S.Sarkisyan və “Flash” şirkətinin sahibi, biznesmen Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb. İstintaqın məlumatına görə, 2013-cü ildə o vaxtkı dövlət başçısı Serj Sarqsyan “Flash” şirkətinə himayədarlıq edib.
Şirkətin rəqibləri daha yüksək qiymət təklif etsə də. (təxminən bir milyon dollar) hökumətin dizel yanacağının tədarükü üçün tenderini “Flash” udub. Beləliklə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.
Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra, bu məsələ araşdırılıb və cinayət işi açılıb.
S.Sarkisyan büdcə vəsaitlərini talamaqda ittiham olunur.
Telegram kanalımız