Məhkəmə Trampın şikayətini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Trampın şikayətini rədd etdi

Dünya

09 Mart 2021 02:07 876


ABŞ Ali Məhkəməsi, keçmiş prezident Donald Trampın seçkilərin nəticəsi ilə bağlı 3-cü apelyasiya müraciətini rədd edib.

Yenisabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ali qurum Trampın şikayəti ilə bağlı aşağı instansiya məhkəmələrini verdiyi qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə qərarını izah etməyib və açıqlayıb ki, səslərin sayılmasına dövlət hakimiyyəti orqanları tərəfindən müdaxilə edilməyəcək. Sezar pizza

Qeyd edək ki, Donald Tramp Viskonsin ştatındakı seçki nəticələrinin yenidən sayılmasını tələb edir. Həmin ştatda o, hazırkı prezident Co Baydenə 20 min səs fərqi ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!