Hindistanın paytaxtı Yeni Dehlidə özünü vəkil kimi təqdim edən silahlı şəxslər məhkəmə zalında bir qanqsteri öldürüb.
Yenisabah.az xəbər verir ki, Rohinidə vəkil kimi maskalanan silahlılar məhkəmə zamanı ölkənin məşhur qanqsteri Jitender Gogi-yə atəş açaraq onu öldürüblər. Silahlılardan ikisi təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.
Qeyd edək ki, Jitender Gogi daxil olmaqla üç nəfər həyatını itirib. Hindistan mediasında yayılan görüntülərə görə, məhkəmə binasında silahlı hücum çaxnaşmaya səbəb olub. Dominos pizza
Nəzrin Vahid
Telegram kanalımız