Məhkəmədə Nərmin Quliyevanın nənəsi və əmisi dindirildi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmədə Nərmin Quliyevanın nənəsi və əmisi dindirildi

Kriminal

20 Oktyabr 2021 18:21 1145


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenisabah.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə N.Quliyevanın nənəsi Nebə Quliyeva və əmisi Arif Quliyev ifadə veriblər.

Daha sonra onlar təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıblar. pizza sifarişi

Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!