Məhkəmədən müğənni Dənizlə bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmədən müğənni Dənizlə bağlı qərar

Şou

19 Noyabr 2025 12:10 472


Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

"Yeni Sabah" qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan)  və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib. Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.

Daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış edib və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi. Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir. pizza sifarişi

Cavidan Osmanlı isə bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!