Məhkəmədən qaçan şəxs yarım saat sonra tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmədən qaçan şəxs yarım saat sonra tutuldu

Kriminal

26 İyul 2021 12:14 1210


Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs yarım saat ərzində müəyyən olunaraq saxlanılıb və  aidiyyatı üzrə təhvil verilib. Marqarita pizza

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!