Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi

Dünya

25 Dekabr 2020 09:08 656


Yerevanda məhkəmə müxalif mövqedə olan, bir gün əvvəl zorakılıq çağırışlarında şübhəli bilinərək saxlanılmış Ermənistan Polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi, polkovnik Sayat Şirinyanı həbsdən azad edib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan bildirib.

Bundan başqa, “168.am” onlayn resursunun məlumatına görə, cümə axşamı Yerevan məhkəməsi həmçinin "zorakılığa ictimai çağırış, zorakılığa ictimai bəraət və zorakılığın təbliğatı” maddəsi üzrə şübhəli bilinərək saxlanılmış müxalif "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyanı da azad edib. Bu maddə üzrə maksimum azadlıqdan 1 il məhrum edilmə cəzası nəzərdə tutulur. Marqarita pizza

Yerevanda müxalifətin aksiyaları keçirilir. Aksiyaların iştirakçıları Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalamış baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!