Məhkum ərinə heroin gətirən qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Məhkum ərinə heroin gətirən qadın saxlanıldı

Kriminal

14 İyul 2020 10:26 927


Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenisabah.az Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1, 93.1.2-ci maddəsinə əsasən təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Süleyman Rafiq oğluna arvadı Bakı şəhər sakini Seyidova Nigar Pənah qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman coraba hopdurulmuş 0,128 qram narkotik vasitə “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!