Mehman Əzizov işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Mehman Əzizov işdən çıxarıldı

İdman

30 Oktyabr 2023 22:48 1483


Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya o, özü məlumat verib. 

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib: Marqarita pizza

“Gəlib dedilər ki, işdən azad olunursunuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”. 

“Sizin müqaviləniz yox idi?” sualına isə M.Əzizov belə cavab verib: 

“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!