Mehman Hüseynovun saxlanılmasına aydınlıq gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Mehman Hüseynovun saxlanılmasına aydınlıq gətirildi

Kriminal

15 Mart 2021 10:32 1055


Bloger Mehman Hüseynovun ötən gün polis əməkdaşları tərəfindən saxlanılmasına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Mehman Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

“Həmin məlumatın yoxlanılması məqsədilə bloqer ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Sezar pizza

M. Hüseynovun həmin aparatla hardasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, M. Hüseynov sərbəst buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!