Türkiyədə "Habertürk" televiziyasının keçmiş baş redaktoru Mehmet Akif Ersoyun narkotik ittihamı ilə həbs olunması rəsmi olaraq narkotik üzrə cinayət işinin istintaqı kimi təqdim edilsə də, prosesin arxa planı ilə bağlı Ankara kulislərində ciddi siyasi ehtimallar müzakirə olunur.
"Yeni Sabah" xəbər verir ki, müxtəlif jurnalist və analitiklər bu əməliyyatın təkcə hüquqi deyil, Receb Tayyip Ərdoğansonrası dövr üçün aparılan güc mübarizəsinin tərkib hissəsi ola biləcəyini irəli sürürlər.
Rəsmi ittiham və mübahisəli suallar Sezar pizza
Rəsmi məlumata görə, Ersoy narkotik maddə istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Lakin bu istintaqın siyasi niyyətli olduğu fikrini iddia edən tənqidçilər bildirir ki, klassik narkotik əməliyyatlarında əsas hədəf istehlakçılar yox, şəbəkə və “baronlar” olur. Buna görə də, yalnız istifadə iddiası üzərindən aparılan genişmiqyaslı əməliyyatın ədalətliliyi mübahisəlidir.
Cinsi istismar və “əxlaqsızlıq” iddiaları ilə bağlı da oxşar mübahisə var. Bəzi şərhçilər hesab edirlər ki, istintaqın “əxlaqsızlıq” faktı kimi araşdırdığı durumda zorakılıq, məcbur etmə və ya təcavüz kimi ağır cinayət tərkibi baş verməyib.
İstintaqla bağlı xəbərlərin "Turkuvaz/Sabah" qrupuna daxil media qurumlarında intensiv və ittihamedici dildə təqdim olunmasını, media tənqidçiləri, sıradan kriminal xəbərdən çox, siyasi mesaj daşıyan kampaniya kimi dəyərləndirir.
İddialara görə, istintaq prosesinin işıqlandırılmasında prezident Recep Tayyip Ərdoğanın kürəkəni Berat Albayrağın nəzarətində olan bu media qrupunun aktiv rolu saraydaxili çəkişməyə bağlı prosesin mövcudluğu ehtimallarına işarə edir.
Hakan Fidan iddiası
"Medyascope" platformasında keçmiş millət vəkili və hazırda jurnalist kimliyi ilə tanınan Ahmet Şık tərəfindən yazılan silsilə məqalələrdə, Ersoy hadisəsi birbaşa “taxt savaşları” kontekstində şərh olunur.
Şık iddia edir ki, bu əməliyyat xarici işlər naziri Hakan Fidana yönəlmiş mesajlar daşıya bilər. Ahmet Şıka görə, Mehmet Akif Ersoy və onun çevrəsinə yönələn istintaq, Erdoğan sonrası mümkün varislik ssenarilərində adı çəkilən Hakan Fidanın manevr imkanlarını məhdudlaşdırmaq məqsədi güdə bilər.
Hakan Fidanın bu ehtimallara birbaşa münasibəti, hələ ki bəlli deyil. Bununla belə, “Xarici İşlər Nazirliyindəki mənbə”yə istinad formatında məsləyə münasibət sızdırıılıb.
Həmin mənbəyə istinad edən xəbərlərdə “Mehmet Akif Ersoyun Hakan Fidanla şəxsi və ya iş yaxınlığının olmadığı bildirilib. Halk TV-dən İsmail Saymazın belə bir açıqlama verib ki, “nazirlik dəhlizlərində Ersoyun özünü “Hakan Fidana yaxın” kimi təqdim etməsi sonradan fərq edilib və bu vəziyyət narazılıq yaradıb”.
Ersoyun prezident Ərdoğanı təyyarə səfərlərində müşaiyət edən qrupda olmasını da vurğulayan XİN mənbələri, “Habertürk işi” Hakan Fidana qarşı əməliyyatdır” tezisinin FETÖ mənşəli şayiə olduğu iddiasını irəli sürüb.
AKP daxilində gərginlik və post-Ərdoğan müzakirələri
Eyni dövrdə AKP daxilində Hakan Fidanın mövqeyi ilə bağlı açıq polemikalar, mümkün kabinet dəyişikliyi və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın XİN rəhbərliyinə gətirilməsi ilə bağlı dolaşan iddialar diqqət çəkir.
Jurnalist və keçmiş millət vəkili Mustafa Balbay və digər şərhçilər bu müzakirələri hakimiyyət daxilində artan qeyri-müəyyənlik kimi qiymətləndirirlər. Hazırkı mərhələdə Mehmet Akif Ersoy işi məhkəmə prosesi olaraq davam edir və hüquqi nəticə hələ yoxdur. Bununla yanaşı, hadisənin media tərəfindən yalnız seçilmiş tərəflərinin işıqlandırılması və müxtəlif güc mərkəzləri ilə əlaqələndirilməsi Türkiyədə cinayət, media və siyasətin nə dərəcədə iç-içə keçdiyini bir daha göstərir. Keçmişdə Balyoz, Ergenekon və digər səs-küylü istintaq proseslərində olduğu kimi, bu cür işlər də siyasi tərəflərin təsiri altında qalmaq riski daşıyır.
İlhamə Qasımlı
Telegram kanalımız