Mehmet Topalı Mutu əvəzlədi

saytların hazırlanması

Evə çatdırılma

Mehmet Topalı Mutu əvəzlədi

İdman

02 Yanvar 2025 16:06 739


"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu bəlli olub.

Yenisabah.az xəbər verir ki, rumıniyalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək.

O, "Petrolul"la anlaşıb. Klubun rəsmi saytı Mutu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalandığını açıqlayıb. Sabiq "Neftçi"li bu vəzifədə Mehmet Topalı əvəzləyib. Türkiyəli məşqçi bir neçə gün əvvəl istefaya göndərilib. pizza mizza

Mutu ötən mövsümün ilk yarısında "Neftçi"ni çalışdırıb. O, daha sonra Rumıniyada ÇFR-in baş məşqçisi təyin edilsə də, cəmi 70 gündən sonra istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!