Mehriban Əliyeva Əlibaba Məmmədovu “Şərəf” ordeni alması münasibətilə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Əlibaba Məmmədovu “Şərəf” ordeni alması münasibətilə təbrik etdi

Siyasət

04 Fevral 2020 21:47 1226


Azərbaycanıb Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni alması münasibətilə təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, Mehriban Əliyeva rəsmi "İnstagram" səhifsində bu barədə paylaşım edib:

“Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Dominos pizza

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!