Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

Siyasət

17 Aprel 2020 00:38 906


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar minnətdarlığını bildirib.

Yenisabah.az xəbər verir ki, paylaşımda deyilir: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!