Mehriban Əliyeva məşhur jurnalisti təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva məşhur jurnalisti təbrik etdi

Siyasət

23 Yanvar 2020 09:03 1106


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

"Yeni Sabah”ın xəbərinə görə, Birinci vitse-prezidentin "Instagram" səhifəsində yer alan təbrikində deyilir:

“Bu gün TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. pizza sifarişi

Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!