Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir

Sosial

20 İyul 2019 18:44 1629


Bu gün xalq artisti, aktyor-rejissor Ramiz Əzizbəylinin doğum günüdür.

“Yeni Sabah” xəbər verir ki, sənətkar ölkə.az-ın əməkdaşıyla söhbətində çoxsaylı təbriklər aldığını bildirib və hər kəsdən razılığını ifadə edib. 

Əzizbəyli bir özəl xəbəri də bölüşüb. Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva onun mənzilini təmir etdirir: pizza

"İndi müvəqqəti mənzillə təmin edilmişəm, öz mənzilimizdə təmir gedir. Təmiri Mehriban Əliyeva etdirir. Ona dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, R.Əzizbəyli 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 2008-ci ildə isə  xalq artisti fəxri adlarına layiq görülüb. Ötən ilin avqust ayının 1-də isə "Şöhrət" ordeni ilə təltif edilib. Sənətkara rejissoru olduğu "Bəxt üzüyü" filmi böyük şöhrət qazandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!