Mehriban Əliyeva Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - Foto

Sosial

21 Avqust 2019 10:21 1520


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.

"Yeni Sabah" "APA"ya istinadən bildirir ki, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. pizza

Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!