Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Teymur Rəcəbovu Dünya Kubokunu qazanması münasibəti ilə təbrik edib.
"Yeni Sabah" xəbər verir ki, Mehriban Əliyeva "İnstagram" səhifəsində təbrik paylaşımı edib:
"Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!" Toyuqlu pizza


Telegram kanalımız