Mehriban Əliyevadan bayram təbriki

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyevadan bayram təbriki

Siyasət

20 Mart 2020 10:00 585


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, M.Əliyevanın rəsmi "Instagram" hesabında yayımlanan təbrikdə deyilir:

“Əziz həmvətənlər!⠀ pizza sifarişi

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!⠀

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!