Mehriban Əliyevadan Oqtay Gülalıyevlə bağlı TAPŞIRIQ

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyevadan Oqtay Gülalıyevlə bağlı TAPŞIRIQ

Sosial

05 Noyabr 2019 13:14 2792


Vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Turan agentliyinə oktyabrın 5-də hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

“Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, deyə həyat yoldaşı qeyd edib. Dördpendirli pizza

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da fəal baş beyindən gematomanın çıxarılması üzrə ağır əməliyyat olunub. Amma əməliyyat lazımi vaxtdan xeyli gec edilib.

Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməli olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!