Mehriban Əliyevanın yeni köməkçisi haqda maraqlı məlumatlar

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyevanın yeni köməkçisi haqda maraqlı məlumatlar

Siyasət

26 Dekabr 2019 09:40 6086


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

“Yeni Sabah” Mehriban Əliyevanın yeni köməkçisi ilə bağlı açıq mənbələrdə olan məlumatları təqdim edir.

Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. pizza sifarişi

İş həyatına gəldikdə Sipilin yeni təyinatına kimi “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Bundan əvvəl isə 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində, 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!