Mehriban Xanlarova: Türk aktrisa mənə elə şillə vurdu ki...

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Xanlarova: Türk aktrisa mənə elə şillə vurdu ki...

Şou

25 Noyabr 2024 16:25 895


"Dırnaqarası aktyorlar deyirlər, 50-100 manat çəkilək. Biz böyük qonorar istəyəndə, razılaşmırlar. Ona görə də sənin ucuz qiymətə çəkdiyin qadının, kişinin oynadığı rol saxta alınır".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova "Künc-bucaq" yutub layihəsində deyib.

O əlavə edib: "Mən sənin filmində, serialında canımı qoyuram. Yerə yıxılanda, şillə yeyəndə, ağlayanda doğrudan edirəm. Dominos pizza

Türkiyədə festival filminə dəvət olundum. Türk aktrisa kiçik bacımı oynayırdı. Ona dedim ki, gerçəkdən şillə vur. İstəmədi, cavab verdim ki, edəcəksən. Yalan olsa, rol saxta alınacaq. Ağrını hiss etməliyəm. Şillə qulağımdan səs çıxardı. Özümü sındırmadım, üzümü döndərib getdim. Hamı şillənin səsinə və mənim dözümümə şokda idi". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!