Mehriban Xanlarova və şikayətçi arasında dava - Video

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Xanlarova və şikayətçi arasında dava - Video

Şou

19 Noyabr 2024 10:48 994


Əməkdar artist Mehriban Xanlarova efirdə gərgin dolu anlar yaşayıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, hadisə onun ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində yaşanıb.

Proqrama gələn Şair adlı qayınata gəlini ilə bağlı “Bizim evdən pul gedib…” fikirlər səsləndirib. Dominos pizza

Xanlarova isə ona sual ünvanlayıb: “Bu onların ikinci gəlinidir. Sənin birinci gəlinin toya 5 gün qalmış evdənniyə qaçıb ?”

Qarşı tərəf “Artıq sözlər danışmayın!” - deyə ayağa qalxıb və aktrisanın üstünə gedib.

Aktrisa deyib: “Üstümə gəlmə! Sənin kimisinin yanında gəlin qalar? O gəlin yaxşı edib gedib”.

Bundan sonra ikili arasında söz savaşı daha da böyüyüb. Proqramın aparıcısı Zaur Baxşəliyev qayınatanı sakitləşməyə çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!